"Qalatasaray" klubu "Atletiko"nun ulduzu Antuan Qrizmanı transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb. Erden Timur 32 yaşlı fransız hücumçunu komandasında görmək istəyir.
Lakin məşhur futbolçunun transferi asan olmayacaq. Qrizman ilə Səudiyyə Ərəbistanının iki klubu yaxından maraqlanır.
Qeyd edək ki, ÇL-nin III təsnifat mərhələsindəki "Qalatasaray"- "Olimpiya" cütünün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.