"Alanyaspor" nə az, nə çox 12 futbolçusu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun sosial media hesabı məlumat yayıb. Super Liqa təmsilçisi müqavilələri başa çatan Runarsson, Rassul, Feddal, Ahmet Gülay, Pereyra, Dumbiya, Kandeyas, Eduardo, Kavaleyro, Erencan Yardımcı, Eftemis Kuliris, Ahmed Hasana təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Alanyaspor" son mövsümü Türkiyə Super Liqasında 36 turdan sonra 41 xalla 15-ci pillədə başa vurub.
Fəqan İbrahimli