Ötən mövsüm "Sumqayıt"da çıxış edən Vüsal İsgəndərli karyerasını Albaniya çempionatında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumameylli yarımmüdafiəçi "Eqnatiya" klubu ilə razılıq əldə edib. Bu barədə klubun prezidenti Agim Demrozi "PanoramaSport" nəşrinə açıqlama verib.
V.İsgəndərli ilə 3 illik müqavilə imzalanıb.