Türkiyə Futbol Federasiyası (TFF) əcnəbi futbolçularla bağlı vacib qərar qəbul edib. 

Offsideplus.az xəbər verir ki, 2023-24 mövsümündən etibarən Türkiyə Super Liqasında 1 azərbaycanlı futbolçu legioner sayılmayacaq

Türk vətəndaşlığı və ya mavi kart sahibi olan 1 futbolçu ilə müqavilə imzalana biləcək və legioner sayılmayacaq. 

Açıqlamada bildirilir:

"Klublar əsas heyət siyahısına yazılan 14 əcnəbi futbolçudan əlavə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan maksimum 1 futbolçu və Türkiyə milli komandasında oynamağa uyğun olmayan türk vətəndaşlığı və ya mavi kard sahibi olan maksimum 1 futbolçunu transfer edə bilərlər".

 

355441636 590810756501774 3596319788467217529 n