"Şamaxı"nın qapıçısı Rəşad Əzizliyə Türkiyə Super Liqasından "elçi" var.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı "əlcək sahibi" ilə "Qaziantep" klubu maraqlanır.
Belə ki, sözügedən klubun meneceri bu gün Əzizli ilə əlaqə saxlayıb və onunla görüşmək üçün sabah Bakıya təşrif buyuracaqlarını bildirib.
Klub nümayəndələri sabah Misli Premyer Liqasının sonuncu - 36-cı turunda keçiriləcək "Səbail" - "Şamaxı" matçında olacaqlar. Onlar həm qolkiperin çıxışını izləyəcək, həm də futbolçuyla görüşəcəklər.
Qeyd edək ki, Rəşadın bölgə təmsilçisi ilə 2024-cü ilin 30 iyununadək müqaviləsi var.
Onu da bildirək ki, "Səbail" - "Şamaxı" matçı saat 20:00-da başlayacaq.
Daşqın Əziz