Türkiyənin “Fatih Karagümrük” komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Andrea Pirlonu istefaya göndərən Super Liqa təmsilçisini bundan sonra Alparslan Erdem çalışdıracaq.

Məşqçi kimi fəaliyyət göstərən Alparslan Erdem mövsümün qalan hissəsində əsas komandaya müvəqqəti olaraq baş məşqçilik edəcək.