Türkiyə Super Liqasında 33-cü tura start verilib.

 Offsideplus.az xəbər verir ki, ötən gün iki qarşılaşma baş tutub. "Beşiktaş" səfərdə "Antalyaspor"a qalib gəlib. "Adana Demirspor" isə evdə "Alanyaspor"u məğlub etməyi bacarıb.

Bu nəticə ilə "Beşiktaş" (32 oyun) xallarının sayını 68-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. "Adana Demirspor" (31 oyun) 60 xalla 4-cü, "Alanyaspor" (32) 38 xalla 10-cu, "Antalyaspor" (31) isə 36 xalla 12-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 70 xalla "Qalatasaray" (30) başçılıq edir.

Qeyd edək ki, turun digər görüşləri 7 və 8 may tarixlərində keçiriləcək.

6 may 

20:00 "Antalyaspor" - "Beşiktaş" - 1:3

Qollar: Ömər Toprak, 32 - V. Abubakar, 54; 89. Cenk Tosun, 84. 

Qırmızı vərəqə: Bünyamin Balcı, 82 ("Antalyaspor" - birbaşa göstərilib)

22:00 "Adana Demirspor" - "Alanyaspor" - 4:2 

Qollar: C.Ndiaye, 18. Y. Belhanda, 45+5; 66. Yusuf Sarı, 56 - E. Koloris, 11. Efecan Karaca, pen - 45+11.