"Dinamo"dan icarə əsasında "Konyaspor"da çıxış edən Mahir Emrelinin iyun ayında müqaviləsinin müddəti başa çatır.
Offsideplus.az "vecernji.hr" saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü cari mövsümün sonunda Zaqreb təmsilçisinə dönəcək. 25 yaşlı hücumçu karyerasını bu klubda davam etdirəcək. "Dinamo"nun baş məşqçisi İqor Bişçan icarədə olan hücumçuların komandaya dönməsini istəyir.
Qeyd edək ki, Mahirin "Dinamo" ilə 2026-cı ilədək müqaviləsi var.