Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın müdafiəçisi Erik Qarsiya üçün danışıqlara başlayıb.
Kataloniya klubunun rəhbərliyi 3 milyon avro qarşılığında 22 yaşlı ispaniyalı futbolçunu yayda icarəyə göndərməyə hazırdır.
Qeyd edək ki, Erik Qarsiya 2021-ci ildən "Barselona"nın əsas komandasında çıxış edir.