"Neftçi"nin qolkiperi İvan Brkiç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə “vecernji.hr” saytı məlumat yayıb. Xorvatiyalı qapıçı "Trabzonspor" klubuna keçə bilər. Brkiçin həmyerlisi Nenad Byelkanın Trabzon təmsilçisinə baş məşqçi təyin olunması sayəsində qolkiperin transferi mümkündür.
28 yaşlı qapıçının "Neftçi" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. Futbolçu ilə daha bir neçə klub da maraqlanır.