Türkiyə Super Liqasında 31-ci turun oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə "Beşiktaş" səfərdə "Ümraniyespor"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra "qara qartallar" (30 oyun) xal hesabını 62-yə yüksəldərək, 3-cü pillədəki mövqeyini möhkəmləndirib. "Ümraniyespor" isə 23 xalla (29 oyun) 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 69 xalla "Qalatasaray" (28 oyun) vahid liderlik edir. Eyni sayda görüş keçirən "Fənərbağça" isə 63 xalla 2-cidir.
22 aprel
Türkiyə, Super Liqa
31-ci tur
20:00 "Ümraniyespor" - "Beşiktaş" - 0:2
Qollar: N,Redmond, 25. V.Abubakar, 71