Türkiyə Super Liqasına erkən vəsiqə qazanan "Samsunspor" heyətini "Qarabağ"ın futbolçusu ilə gücləndirmək istəyir. 

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə 1-ci liqa təmsilçisi 31 yaşlı yarımmüdafiəçini izləməsi üçün nümayəndələrini Azərbaycana göndərib. 

Qeyd edək ki, Zubir cari mövsüm 45 oyuna çıxıb, 8 qol və 8 assistə imza atıb. O, Avropa və Konfrans Liqasında 16 oyuna çıxaraq, 2 qol vurub, 1 assitlə yadda qalıb. Zubir 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinir. 

Futbolçu ilə daha öncə Türkiyədən "Alanyaspor" və Fransadan "Lill" klubları yaxından maraqlanırdı.