Türkiyə Super Liqasında 29-cu turun oyunlarına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, ötən gün daha iki matç keçitrilib. "Sivasspor" səfərdə "Giresunspor"a minimal hesabla məğlub olub. Turun mərkəzi oyununda isə "Trabzonspor" "Beşiktaş"ı qəbul edib. Bu görüşdə isə qapılara qol vurulmayıb. Millimizin üzvü Mahirin formasının geyindiyi "Konyaspor" və digər Super Liqa təmsilçisi "Fatih Karagümrük" isə bu tur müvafiq olaraq,"Qaziantep" və "Hatayspor" ilə qarşılaşmalı olsa da, məlum səbəblərdən (red. zəlzələ səbəbi ilə liqada iştirakını dayandırıblar) meydana çıxmadıqlarına görə, bu komandarla görüşdə texniki qələbə qazanıblar.
Qeyd edək ki, turnir cədvəlinə 66 xalla "Qalatasaray" (27 oyun) liderlik edir. "Fənərbağça" (27) 60 xalla 2-ci,"Beşiktaş" (28) isə 56 xalla 3-cüdür. Emrelinin formasını geyindiyi "Konyaspor" (28) isə 39 xalla 8-ci pillədə qərarlaşıb.
16 aprel (bazar)
Türkiyə, Super Liqa
29-cu tur
16:00 "Qazinatep" - "Konyaspor" - 0:3 (texniki qələbə)
16:00 "Hatayspor" - "Fatih Karagümrük" - 0:3 (texniki qələbə)
17:00 "Giresunspor" - "Sivasspor" - 1:0
Qol: J. Kampuzano, 18
21:30 "Trabzonspor" - "Beşiktaş" - 0:0