"Trabzonspor" klubu Andrea Pirlonu komandanın başına gətirmək istəyir.  

Offsideplus.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. Trabzon təmsilçisi 43 yaşlı mütəxəssisə rəsmi təklif ünvanlayıb.

Qeyd edək ki, Pirlo hazırda "Fatih Karagümrük"ün sükanı arxasındadır.