"Qarabağ"ın futbolçsuu Abdullah Zubir bir çox Avropa klublarının diqqət mərkəzindədir. 

Offsideplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin "Alanyaspor" klubu 31 yaşlı oyunçunu heyətinə cəlb etmək istəyir. Türkiyə təmsilçisi cari mövsümün sonunadək transferi bitirməyi planlaşdırır.

 Zubirlə maraqlanan digər klub isə Fransadan "Lill"dir. 

Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir. Bakıda “Qarabağ” və “Qalatasaray” klubları (1:2) arasında keçirilən xeyriyyə matçından sonra Türkiyədə futbolçu diqqətləri öz üzərinə çəkib.