"Sabah" nəşrində çalışan türk jurnalist Yüksel Aytuğ "Qarabağ"ın futbolçusunu "Fənərbağça"ya təklif edib.
Offsideplus.az xəbər verir ki, o, Abdullah Zubiri "10 nömrə" kimi təqdim edərək, "sarı-lacivərtlilər"ə lazım olan futbolçunun onun olduğunu bildirib:
"Zubir kimdir? "Qalatasaray"ın xeyriyyə matçı keçirdiyi "Qarabağ" klubunun "10 nömrəsi"dir. "10 nömrə" sadəcə əynindəki formanı işarə etmir, o, hər halı ilə "10 nömrə" futbolçudur. Belə ki, təkbaşına "Qalatasaray" müdafiəsinə çətin anlar yaşatdı. "Fənərbağça" Ali Koçun prezidentliyi dövründə onlarla hücumçunu yoxladı. Gələnin, gedənin sayı-hesabı yoxdur. Halbuki “Fənər”in dərmanı burnumuzun ucundadır. Zubir transfer dövründə "Fənərbağça"nın ən önəmli hədəfi olmalıdır. Zubirin adını bura yazıram".
Qeyd edək ki, 1:2 hesabı ilə yekunlaşan matçda 90 dəqiqə mübarizə aparan 31 yaşlı futbolçu Redon Cicanın qolunda assist müəllifi olub.