"Qarabağ"ın futbolçusu Abdullah Zubir "Qalatasaray"la oyundakı performansı ilə Türkiyədə diqqətləri öz üzərinə çəkib.

Offsideplus.az xəbər verir ki, 1:2 hesabı ilə yekunlaşan matçda 90 dəqiqə mübarizə aparan 31 yaşlı futbolçu Redon Cicanın qolunda assist müəllifi olub. Ağdam komandasının hücumunda vacib rol oynayan Zubir sosial şəbəkələrdə türk azarkeşləri ayağa qaldırıb. 

"Fanatik" nəşri "Zubir "Qarabağ" - "Qalatasaray" matçına damğa vurdu", başlığı ilə xəbər yayımlayıb. Məqalədə futbolsevərlərin "Sən nə imişsən!", "Bu vaxta qədər harda idin?", "Dərhal Super Liqaya transfer olunmalıdır", deyə şərhləri qeyd olunub.