Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a 2:1 hesabı ilə qalib gələn "Konyaspor" cəzalandırılacaq.
Offsideplus.az xəbər verir ki, həmin oyunda "yaşıl-bəyazlar"ın heyətində 6 futbolçu sarı vərəqə, məşqçilərdən biri isə etirazlara görə qırmızı vərəqə ilə göstərilib. "Konyaspor" klubuna bu səbəbdən cəza veriləcək. Sarı vərəqə alan oyunçular arasında Azərbaycan millisinin üzvü Mahir Emreli, qapıçı İbrahim Şehiç, Ahmet Oğuz, Oğulcan Ülgün, Endri Çekici və Fransisko Kalvo var.
Qaydalara əsasən, vərəqə görən hər futbolçuya görə Konya təmsilçisi cərimələnəcək.
Qeyd edək ki, həmin matçda zədələnən Mahir Emreli Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyətindən çıxarılıb.