Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Konya təmsilçisi 24-cü turda "Giresunspor"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Mahir də bu oyunda iştirak edəcək.  O, əsas heyətdə yer alıb. Bu, Mahirin "Konyaspor"da və ümumiyyətlə Super Liqada rəsmi debüt oyunu olacaq.

Qeyd edək ki, Emreli qış fasiləsində "Dinamo"dan (Zaqreb) mövsümün sonuna qədər icarəyə götürülüb.