Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" bu gün Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.

 Offsideplus.az xəbər verir ki, sözügedən komanda 24-cü tur çərçivəsində öz meydanında "Giresunspor"la üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

"Konyaspor" (22 oyun) 27 xalla turnir cədvəlinin 10-cu pilləsində, "Giresunspor" isə (22 oyun) 21 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Emreli bu görüşdə meydana çıxsa, "Konyaspor"da debüt etmiş olacaq.