Türkiyə Super Liqasında 23-cü turun təxirə salınmış 2 oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin transfer olunduğu "Konyaspor" səfərdə "Fənərbağça" ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub. Emreli sözügedən görüşdə iştirak etməyib.
"Giresunspor" isə "Kayserispor"u qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla (22 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 48 xalla (22 oyun) 2-ci, "Başakşəhər" 40 xalla (21 oyun) 3-cü pillədə qərarlaşıb.
25 fevral
"Fənərbağça" - "Konyaspor" - 4:0
Qollar: Valensiya, 13-pen, 45+6, Kinq, 61, Szalai, 78
Qırmızı vərəqə: Diouf, 22 ("Konyaspor")
"Giresunspor" - "Kayserispor" - 1:2
Qollar: Bayiç, 58 - Mane, 6, Thiam, 40
.