"Sivasspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Meksikanın "Tiqres" klubunun hücumçusu Cordi Kaysedonu transfer edib. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 

25 yaşlı ekvadorlu forvard mövsümün sonuna qədər icarə əsasında "Sivasspor"da çıxış edəcək.

Qeyd edək ki, Cordi Kaysedo "Tiqres"in heyətində 16 oyuna çıxıb və 1 qol vurub.