“Beşiktaş”ın ispaniyalı mərkəz müdafiəçisi Fransisko Montero karyerasını Almaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonunadək “Hamburq”a icarəyə verib. Bu barədə Super Liqa təmsilçisinin saytı məlumat yayıb.
Mövsümün sonunda “Hamburq” Türkiyə klubuna 2.5 milyon avro ödəməklə, onun transfer hüquqlarını ala bilər.
Qeyd edək ki, Montero 2021-ci ildən “Beşiktaş”da çıxış edirdi.