“Qalatasaray”da icarə əsasında oynayan Mauro İkardi klubu tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi müqavilə ilə PSJ-ə məxsus olan İkardini birdəfəlik transfer etmək istəsə də, Fransa klubu buna müsbət yanaşmır. Bildirilir ki, PSJ-nin İkardi üçün yüksək məbləğ tələb etməsi, “Qalatasaray”ı onun əvəzinə başqa hücumçu axtarmağa sövq edib.
Türkiyə mətbuatında yayılan xəbərərlərə görə, "Cim-bom" “Barselona”nın hücumçu Memfis Depayı transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, Depay “Qalatasaray”a transfer olmağa razılıq verib. “Qalatasaray” həm futbolçu həm də “Barselona” ilə danışıqlar aparır.