"Qalatasaray" klubu yeni hücumçu axtarışındadır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" PSJ-dən icarəyə götürdüyü Mauro İkardi ilə yollarına davam etmək istəsələr də, Paris təmsilçisi argentinalı hücumçunu komandadan göndərmək istəmir. Buna görə də, "Qalatasaray"ın İkardini yenidən icarəyə alması və ya birbaşa transfer etməsi çətindir.
Bu halda isə Türkiyə klubu "Barselona"da əsas heyətdn çıxarılan Memfis Depayı heyətinə cəlb etməyə çalışacaq. Niderlandlı hücumçu Dünya Kubokunda 1 qola imza atıb. Klub rəhbərliyi həm "Barselona", həm də Depayla görüşlər aparır.
Futbolçu ilə Türkiyənin "Fənərbağça" klubu da yaxından maraqlanır.