Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az "Takvim"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın və Niderland millisinin hücumçusu Memfis Depayı sıralarına qatmağa yaxındır.

"Sarı-qırmızılılar"ın rəhbərliyi 28 yaşlı forvard üçün "Barselona"lı həmkarları ilə danışıqlar aparır. Onun keçidinin qışda həll olunacağı istisna deyil.

Son vaxtlar "Barselona"nın əsas heyətində özünə yer tapa bilməyən niderlandlı futbolçu da Super Liqada top qovmaq təklifinə isti yanaşır.

Qeyd edək ki, Depay 2021-ci ildə "Lion"dan "Barselona"ya keçib.