"Barselona" futbolçusu Memfis Depay barədə qərar verib. 

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı hücumçu ilə yollarını ayıracaq. Müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq 28 yaşlı forvard da İspaniyanı tərk etmək istəyir. 

Memfislə maraqlanan klublar arasında Türkiyə "Qalatasaray"ı da var. Klub rəhbərliyi futbolçu ilə danışıqlar aparır.

Qeyd edək ki, Depay cari mövsüm "Barselona"nın heyətində 3 matça çıxıb, 1 qola imza atıb.