Türkiyə Superliqasının XIII turunda "Fənərbağça" "Sivasspor"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər"in heyətində Batşuayi 48-ci dəqiqədə ikinci sarı vərəqə ilə cəzalanaraq meydandan qovulub. Enner Valensiyanın penaltidən vurduğu qol sayəsində İstanbul təmsilçisi qələbəyə sevinib.

Qeyd edək ki, "Fənərbağça" turnir cədvəlində 29 xalla liderdir.

"Fənərbağça" - "Sivasspor" 1:0

Qol: E.Valensia, 55. -pen.