Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Abdullah Avcı qış transfer dönəmində komandada bəzi mövqelərə yeni futbolçu transferi istəyir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, Trabzon təmsilçisi "Lester"in formasını geyinən Çağlar Söyüncünü heyətinə qatmağı planlaşdırır. 2018-ci ildən "tülkülər"də çıxış edən 26 yaşlı müdafiəçi son zamanlar komandada forma şansı tapmaqda çətinlik çəkir. "Trabzonspor"un Çağlar barədə tezliklə İngiltərə klubu ilə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə müqaviləsinin müddəti başa çatacaq Çağlar Söyüncünün transfer qiyməti 28 milyon avrodur.