"Qalatasaray" "Marsel"in futbolçusu Cengiz Ünderin transferi üçün hərəkətə keçib.

Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, "Cim-Bom" gələn yay mümkün transferi barədə 25 yaşlı forvardla danışıqlar aparıb. "Marsel" klubu futbolçunu icarəyə vermək istəmir, Ünderin birbaşa transferi üçün "sarı-qırmızılar"dan 10-15 milyon avro tələb edir.

Qeyd edək ki, Fransa təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsi olan türk ulduz ildə 3 milyon avro maaş alır.