"Qalatasaray" klubu "Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo və "Barselona"nın niderlandlı hücumçusu Memfis Depayı transfer edəcəkləri ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi sözügedən oyunçularla maraqlanmadığını və bu yöndə heç bir tədbir görülmədiyini vurğulayıb.

"Qalatasaray" klubunun açıqlamasında: "Son günlər klubumuzun Kriştiano Ronaldo və Memfis Depayla maraqlanması ilə bağlı bəzi mətbuat orqanlarında yer alan xəbərlər həqiqəti əks etdirmir. Klubumuzun hər iki futbolçunun transferi istiqamətində bir  əlaqəsi və ya təşəbbüsü yoxdur" - deyə qeyd olunur.