"Trabzonspor" klubu baş məşqçisi Abdullah Avcı ilə müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, Qaradəniz təmsilçisi 59 yaşlı mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.
Qeyd edək ki, Avcı 2020-ci ilin yayından "Trabzonspor"u çalışdırır. O, komanda ilə Super Liqanın qalibi olub.