Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirlir.

 Offsideplus.az xəbər verir ki, ötən gün 4 matç oynanılıb. "Fənərbağça" evdə "Kayserispor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin qələbəsi (2:0) ilə yekunlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə hazırda 11 xalla "Konyaspor" liderlik edir. "Fənərbağça" 10 xalla 2-ci, eyni xalı olan "Başakşəhər" isə 3-cü pillədə qərarlaşıb.

Türkiyə

Supe Liqa, 5-ci tur

"Fənərbağça" - "Kayserispor" - 2:0

 Qollar: Pedro, 37, Kinq, 50

"Başakşəhər" - "Alanyaspor" - 2:0
Qollar: 
S.Gürlər, 23, P.Keni, 85

"Sivasspor" - "Karagümrük" - 0:0

"Giresunspor" - "Konyaspor" - 0:1
Qol:
 M.Demir, 51