Türkiyə Superliqasının V turunda "Trabzonspor" "Ümraniyə"nin qonağı olub.

Offsideplus.az xəbər verir ki, Trabzon təmsilçisi rəqib üzərində minimal hesablı qələbə qazanıb. Terezqet matçın 60-cı dəqiqəsində qələbə qoluna imza atıb.

5 oyuna 10 xal toplayan "Trabzonspor" turnir cədvəlində üçüncüdür.