Fransanın "Lill" klubu Yusuf Yazıcını icarəyə göndərib.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümü icarə əsasında "Trabzonspor"da keçirəcək. Müqavilədə sonradan birbaşa satın alma şərti də var. İstanbula yola düşən futbolçu bu gün baş tutacaq "Ümraniyespor" - "Trabzonspor" matçını stadiondan izləyəcək.
Transferin tezliklə rəsmi olaraq açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Trabzonspor" Yusufu 2019-cu ildə 16,5 milyon avroya "Lill" klubuna satıb.