"Trabzonspor"un futbolçusu Andreas Kornelius karyerasını "Kopenhagen" klubundan davam etdirəcək.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Danimarka təmsilçisi 29 yaşlı hücumçu üçün 6 milyon avro ödəyəcək. Futbolçu bu gün Kopenhagen şəhərində tibbi müayinədən keçəcək, daha sonra rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Kornelius 2021-ci ildən "Trabzonspor"un formasını geyinir.