"Trabzonspor"un hücumçusu Andreas Kornelius karyerasını Danimarkada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Kopenhagen" 29 yaşlı oyunçunun transferi üçün "Trabzonspor"la anlaşıb. Bu barədə Danimarka təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Kornelius bu gün Danimarkaya gedəcək. O, tibbi müayinədən keçdikdən sonra tərəflər arasında sözləşmə imzalanacaq.
Qeyd edək ki, forvard 2021-ci ilin yayından "Trabzonspor"da çıxış edirdi. O, bu müddətdə bütün turnirlərdə 49 oyunda meydanda olub, 20 qol və 4 asisst edib. 2012-ci ildən oynadığı Danimarka millisində isə 43 matç keçirib və 13 qol vurub.