"Trabzonspor" Fransanın "Loryan" klubunun futbolçusu Umut Bozokla razılıq əldə edib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Trabzonspor"la 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Bozokla TÜrkiyənin "Qalatasaray" klubu da yaxından maraqlanırdı. "Cim-Bom" Mauro İkardi ilə anlaşma əldə edilməsə, Umut Bozoku alternativ olaraq düşünürdü.