Türkiyə Super Liqasında 3-cü turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, son çempion "Trabzonspor" səfərdə "Antalyaspor"la qarşılaşıb. Oyun Qaradəniz təmsilçisinin 5:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, "Trabzonspor" hazırda turnir cədvəlində 6 xalla 4-cü, eyni xalı olan "Antalyaspor" isə 3-cü pillədə qərarlaşıb.

Türkiyə Super Liqası, 3-cü tur

"Antalyaspor" - "Trabzonspor" - 5:2

Qollar: Fernando, 14, Vrayt, 40 pen., 90+8, Bayrakdar, 81, 90+6,- Bardi, 45+5, 73