“Alanyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Monza” klubundan Pedro Pereyranı, London “Arsenal”ından isə Runar Aleks Runarssonu heyətinə qatıb.

Hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.