"Beşiktaş" daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, "qartallar" "Sivasspor"un futbolçusu Kerem Atakan Kesginlə anlaşıb. Klub 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlayacaq.
"Beşiktaş" Keremin transferi üçün "Sivasspor"a 1,4 milyon avro ödəniş edəcək.