"Trabzonspor"un futbolçusu Ahmetcan Kaplan karyerasını Niderland Erediviziyasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı müdafiəçi "Ayaks" klubu ilə razılığa gəlib. Niderland təmsilçisi Kaplan üçün "Trabzonspor"a 9,5 milyon avro ödəyəcək.
Amsterdam şəhərində tibbi müayinədən keçəndən sonra "Ayaks" gənc futbolçu ilə 5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, "Trabzonspor" yetirməsi olan Ahmetcan Kaplan ötən mövsüm əsas komandaya yüksəlib. O, Superliqa və Türkiyə Kubokunda ümumilikdə 18 oyunda iştirak edib, 1 assistə imza atıb.