"Qalatasaray" hücumçu axtarışını davam etdirir.
Offsideplus.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Türkiyə klubu hazırda klubsuz olan Andrea Belottini transfer etmək istəyir. "Qalatasaray" rəhbərliyi futbolçu ilə danışıqlar aparır.
Klub 28 yaşlı hücumçuya illik 6 milyon avro maaş və 4 il müddətində müqavilə təklif edib. Lakin Belotti Türkiyə klubuna transfer olmaq istəmir.
Futbolçunun "Roma"da oynamaq həvəsində olduğu bildirilir.