Türkiyənin "Qalatasaray" klubu sıralarını ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az İspaniyanın nüfuzlu "AS" nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın hücumçusu Memfis Depayı transfer etmək niyyətindədir.

"Sarı-qırmızılılar" artıq 28 yaşlı niderlandlı forvard üçün qarşı tərəflə danışıqlara start verib.

Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin gələcək planlarında yer almayan Depayın komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, adıçəkilən oyunçu 2021-ci ildə Fransa "Lion"undan "Barselona"ya transfer edilib.