Türkiyə Super Liqasında yeni mövsümə start verilib.
Offsideplus.az xəbər verir ki, ilk turun açılış matçında son çempion "Trabzonspor" səfərdə "İstanbulspor"la üz-üzə gəlib. Oyun Qaradəniz təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
"Beşiktaş" "Kayserispor"la öz meydanında keçirilən görüşdə son dəqiqə qolu ilə çətin qələbə qazanıbsa, "Sivasspor" öz meydanında " Qaziantep" klubu ilə heç-heçə (1:1) edib. "Qalatasaray" səfərdə "Antalyaspor"la qarşılaşıb və son dəqiqələrdə vurduğu qolla çətin səfər görüşündən qələbə ilə ayrıla bilib. Tura bu gün keçirilən görüşlərlə yekun vurulacaq.
Türkiyə Super Liqası
I tur
5 avqust
İstanbulspor - Trabzonspor - 0:2
Qollar: A.Kornelyus, 16, Stefano Densvil, 86
6 avqust
Sivasspor - Qaziantep - 1:1
Qollar: Qradel, 64 (pen.) - A.Maksim, 22
Beşiktaş - Kayserispor - 1:0
Qol: Qezzal, 90+6
7 avqust
Giresunspor - Adana Demirspor - 2:3
Qollar: Sayns, 56, R.Berisbek, 90+1 - İnler, 23, Belhanda, 28, Onyekuru, 82
Karagümrük - Alanyaspor - 2:4
Qollar: Borini, 55, Biraski, 73 - Eduardo, 19, 70, E.Bekiroğlu, 28, E.Yardımcı, 90+4
Antalyaspor - Qalatasaray - 0:1
Qol: Qomis, 90
8 avqust
20:15. Başakşəhər - Kasımpaşa
22:45. Ankaragücü - Konyaspor
22:45. Fənərbağça - Ümraniyespor