“Beşiktaş” növbəti transferini tamamlayıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi “Vest Hem”dən Artur Masuakunu heyətinə cəlb edib. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı sol cinah müdafiəçisi qarşıdakı mövsümün sonunadək icarə əsasında “Beşiktaş”da oynayacaq.
Qeyd edək ki, Artur Masuaku Premyer Liqa klubu ilə geridə qalan mövsüm 24 oyuna çıxıb, 1 qol və 1 qol ötürməsi ilə fərqlənib.