"Qalatasaray" klubu məşhur uruqvaylı hücumçu Edinson Kavani ilə anlaşıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"dən ayrılan və hazırda klubsuz olan 35 yaşlı forvardla razılıq əldə edib.
"Cim-bom"un təklifinə müsbət yanaşan futbolçu Türkiyə Super Liqasında oynamağa hazır olduğunu bildirib.
Onunla rəsmi müqavilənin imzalanması gözlənilir. Məlumata görə, Kavaninin keçidinin baş tutması üçün "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera da böyük rol oynayıb.
Qeyd edək ki, Kavani karyerası ərzində "Napoli", PSJ və "Mançester Yunayted" kimi klublarda forma geyinib.