Türkiyə "Alanyaspor"u heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın "Nim" komandasının üzvü Zinəddin Fərhadı transfer edib. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, əlcəzayirli futbolçu geridə qalan mövsüm klubu ilə Liqa 1-də14 oyuna çıxıb.