"Fənərbağça” yeni futbolçu transfer edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Kalyari” klubunun üzvü Joao Pedronu heyətinə qatıb. Braziliya əsilli italiyalı yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb. "Fənərbağça" bu transferə görə qarşı tərəfə 4.6 milyon avro ödəyib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ilin yayından çıxış etdiyi İtaliya klubunda bütün turnirlərdə 271 oyunda 86 qolla yadda qalıb.