"Qalatasaray" klubu "Kopenhagen"in futbolçusu Nikolay Boyleseni heyətinə qatmaq istəyir.

 Offsideplus.az Türkiyənin "Sabah" nəşrinə istinadən xəbər veri ki, İstanbul təmsilçisi Danimarka millisinin üzvünü transfer etmək istəyir. Xəbərə görə, klubu ilə 1 illik müqaviləsi qalan 30 yaşlı mərkəz müdafiəçisinin transfer məbləği az olduğu üçün Super Liqa təmsilçisi onun keçidində maraqlıdır.

Qeyd edək ki, Nikolay 2016-cı ildən çıxış etdiyi Kopenhagen klubunda 163 oyunda meydanda olub.